Afrika avtomobilləri
Siz bilirdinizmi ki, Afrikada da avtomobil istehsal olunur?
Marokko
Laraki– şirkətin sahibi Abdeslam Laraki əsasən Marokko şəhzadələri üçün dəbdəbəli yaxtalar istehsal edir. Lakin 2000-ci ildən başlayaraq özünü avtomobil istehsalında da sınamağa başladı. 2 avtomobil istehsal edən Laraki şirkəti 2013-cü ildə 3-cü avtomobil С6 Corvette-dən olan şassilər üzərində və 1200 at gücünə qədər sürətləndirilmiş mühərrikli Laraki Epitome-ni təqdim etdi.
Avtomobildə adi və yüksək oktanlı benzin bakları yerləşdirilmişdir. 9 belə avtomobil istehsalı gözlənilir və hər biri təqribən 2 mln $ dəyərində.
Menara– köhnə avtomobillərin bərpası ilə məşğul olur, özünəməxsus yeganə avtomobil La Menaradır. O, 1930-cu illərin avtomobilləri üslubundadır, saatda 160km-ə qədər sürətini artıra bilən 120 at güclü mühərrik ilə təchiz olunub.
Tunis
Wallys – ilk Tunis istehsalı olan avtomobil. 2008-ci ildə Parisdəki avtoşouda təqdim olunub.
Mühərrik- 75 at güclü və 1.4 litrlik Peugeot, maşının uzunluğu cəmi 3.25 m. Kuzovu plastikdən olduğuna görə ona ömürlük korroziyaya qarşı zəmanət verilir. Prinsip olaraq, bu, tipik çimərlik maşınıdır.
Keniya
Mobius– şirkət bu avtomobili yaradarkən əsas ideyası Afrika üçün ideal avtomobili yaratmaq idi- daha dəqiq desək, son dərəcə sadə ki, heç bir şeyi sındırmaq mümkün olmasın, maksimum dözümlü və ucuz olsun. Avtomobildə elektronika, kondisioner, isidici cihazlar, ümumiyyətlə artıq heç bir şey yoxdur.
Nigeriya
Proforce– şirkət öz istehsalı olan zirehli yolsuzluq maşını Pf2 və Pf3 (APC seriyası) istehsal edir. Proforce-də Rolls-Royce-a qədər istənilən avtomobilin zirehləndirilməsini sifariş etmək olar.
CAR
Birkin– 1968-ci ilin ikonik idman avtomobili Lotos Seven-in 3 seriyasının surətini istehsal edən çoxsaylı şirkətlərdən biridir. Şirkət Birkin SS3 və CS3 modellərini təklif edir.
Perana AC 378 GT Zagato (əvvəllər Perana Z-ONE) 6.2 lirtlik mühərrikli mükəmməl müasir lüks sportkardır. Yaradıcıları 999 maşın istehsal etmək niyyətindədirlər.
Paramout– Afrikanın ən iri müdafiə şirkətlərindən biridir. Məhsullar arasında hərbi avtomobillər- yüngül zirehli avtomobil Marauder Patrol-dan ağır silahlanmış desant daşıyıcıları Matador və Mbombe-yə qədər var.
Maraqlıdır ki, Marauder zirehli avtomobili Azərbaycanda da onun filialında istehsal olunur.
Uri– şirkət iki model URI Desert Runner və URI Mining Vehicle istehsal edir. Birinci – mülki, hərbi və polis modifikasiyalı sadə, etibarlı, keçilə bilən cipdir. Faktiki olaraq onu heç bir açar olmadan söküb-yığmaq olar. URI Mining Vehicle modeli daha böyük olsa da daha sadədir.
Bailey– Texniki xüsusiyyətlərinə görə müxtəlif kateqoriyalı le-mann yarış avtomobillərinə maksimum yaxın olan sportkar istehsal edən Cənubi Afrika şirkətidir. Bu avtomobillər ictimai yollar üçün də münasibdir. Məsələn, Bailey GT1, Bailey LMP 2.
İVEMA– şirkətin istehsal etdiyi IVEMA GILA 4×4 MRAP Vehicle tam ötürücülü zirehli keçmə qabiliyyətli avtomobildir. Zireh trotil ekvivalentində 14kq-lıq partlayış gücünə tab gətirə bilir.
Harper– şirkət le-mann avtomobil yarış avtomobillərinin prototipini xatırladan sportkarın yığılmasını təklif edir. Yarış avtomobili şəklində olmasına baxmayaraq o, ictimai yollar üçün nəzərdə tutulub.