Zibildən də robot yaratmaq olurmuş
Erik Klaveri (Eric Claverie) dizaynla məşğul olur. Həmkarlarından fərqli olaraq Erik üçün onun məşğuliyyəti sadəcə gəlir mənbəyi deyil. Nadir əşyaların yaradılması fransız dizayner üçün onun ən sevimli hobbisidir. Erik Klaverinin işlərini öz tanınan üslubu fərqləndirir. Müəllif yalnız yeni lampa və ya mebel əşyaları düşünüb hazırlamır. O, sözün əsl mənasında onlara məzəli robotlaşdırılmış canlıların görkəmini verir.
Əsərlərinə xüsusi və təkrarolunmaz rəng vermək dən ötrü Erik iş üçün yalnız istifadə edilmiş materiallardan: cürbəcür latun borular, yük maşınının köhnə oturacaqları, hər hansı dəzgahların hissələri və s. zibil istifadə edir.
Onun şah əsərlərinə sadəcə baxaraq öz əhval-ruhiyyəni qaldıra bilərsən 🙂
Beyler sehv anlamayin lutfen, men sehvde tutmutam sadece yazilarimizda bir az diqqetli olaq bu sizin yenede oz fikrinizdir. Yaratmaq yalniz Allah c,c mexsusdur insanlar duzelde ve temir ede bilir.belkede henanin yeri degil am 😦
Mən sizi yaxşı başa düşürəm və bu fikrin hardan gəldiyini də bilirəm. Quran təsdiqləyir ki, Allah bizə müəyyən xüsusiyyətlər və qabiliyyətlər vermişdi, hətta insanı öz ruhundan üfürdüyünü deyir, yəni insana da müəyyən çərçivədə özündə olan xüsusiyyətlərdən bəzilərini verib. “İnsanın gücü var” sözünü demək olar? küfr deyil ki? demək olar əlbətdə, lakin müəyyən qədər güc verib, Allahın gücü amma çox fərqldir, insanda məhduddur. Yaratma xüsusiyyətini də müəyyən səviyyədə Allah insana verib, amma məhdudiyyət var, insan yoxdan yarada bilmir, Allah yoxdan yaradır, buna görə də qardaşım “insan yaratdı” sözünü deməkdən biz qorxmuruq necə ki “insan güclüdü” sözünü deməkdən siz qorxmursunuz.