Tezliklə Kickstarterdə qarşılayın: 3D çap edən qələm Polyes Q1
Artıq 2D formatındakı darıxdırıcı rəsmləri unudun, 3D çap edən qələm ən cəsarətli ideyaları reallığa çevirəcək! Sadəcə olaraq qələmi havada hərəkətləndirərək, siz plastikdən 3D çap edirsiniz. Keçən il Amerika şirkəti Wobble Works 3D çap edən ilk qələm nəsli 3Doodler-i hazırladı və Kickstarterdə 2.3 milyon dollar toplayaraq çox sayda diqqəti özünə cəlb etdi.
Buna baxmayaraq, 3Doodler-i istifadə edərkən çox diqqətli olmaq lazım idi: onun ucu plastiki 270o C temperaturda əridirdi. Indi biz sizə Polyes Q1-i təqdim edirik – yeni 3D çap edən qələm, o, havada əlini yandırmaqdan qorxmadan rəsm çəkməyə imkan verir.
FDM texnologiyası əsasında işləyən 3Doodler-dən fərqli olaraq 3D çap edən qələm Polyes Q1 əridilmiş plastik əvəzinə işığa həssas qətrandan istifadə edir. Polyes Q1 görmə qabiliyyəti üçün tam təhlükəsiz mavi LED-dən istifadə edir.
Materialın ötürülmə sürətini müstəqil şəkildə tənzimləmək mümkündür, LED qələmin nerji ilə təchiz olunması üçün indikator rolunu da oynayır.
Bu qələmi hətta uşaqlar da istifadə edə bilərlər. Polyes Q1-in istehsalçısı Future Make Technology şirkətinin verdiyi informasiyaya görə qələmə təhlükəsizlik səviyyəsinin sensoru adlı xüsusi element quraşdırılıb ki, uşaqların gözlərinə zərər yetirməsin. Həmçinin isti ucluğun olmaması yeni texnologiyanı müasir bazar üçün daha da cəlbedici edir.
Delaverdə yerləşən Future Make Technology bildirir ki, artıq bu ilin noyabr ayında onların yeni qələmi Kickstarterdə peyda olacaq və qiyməti nəzərdə tutulduğu kimi çox yüksək olmayacaq.
NeceEdi?