3D çap eynək Morgenrot innovasiyalarına görə mükafat qazanır
3D çap texnologiyası yavaş – yavaş, lakin inamlı şəkildə bizim qarderobumuza yol salır, bir çox dizayner və modelyerlər özlərini 3D çap geyim və aksessuar hazırlanmasında sınayıb. Buna baxmayaraq, alman dizayner Yoaxim Bişoff daha da irəliləyib. 2015-ci ilin əvvəlində onun 3D printer vasitəsilə yaradılan Morgenrot adlı eynək kolleksiyası satışa çıxarılacaq.
1983-cü ildən bəri müstəqil eynək dizayneri kimi işləyən Bişoff 10 ilə yaxın fərdi eynəklərin yaradılmasını arzulayırdı. Bir neçə il əvvəl o, Rhino proqramında eynəklərin yaradılması ilə məşğul olmağa başladı. Bişoff aşqar istehsal texnologiyasının imkanlarını, xüsusən də selektiv lazer aqlomerasiya (SLS) texnologiyasının vasitəsilə yüksək keyfiyyətli 3D çapı dərk etməyə başladıqda onun arzuları gerçəkləşməyə başlayır.
Bu texnologiyanı dizayner yeni kolleksiyasını yaratdıqda istifadə etmişdir, belə ki, o, növbəti emala ehtiyac olmadan yüksək keyfiyyətli əşyalar hazırlamağa imkan verir. Eynəklər poliamid və titandan çap olunacaqlar, bu zaman məhsulların parametrləri müştərinin istəyi ilə dəyişdirilə bilər. Dizaynerin sözlərinə görə müştərilər yüngül və rahat eynəklərin rəngini müstəqil şəkildə seçə bilərlər.
Bişoffun Morgenrot kolleksiyası 2015-ci ilin əvvəlində satışa buraxılacaq və ən müxtəlif modellərlə təqdim olunacaq. Bəzi modellər sadə önlüyə və xüsusi bağlamaya malik olacaqlar ki, onun sayəsində dizaynı, çərçivənin rəngini və linzaları dəyişmək mümkün olacaq. Bu sistemi artıq patenləşdiriblər.
Baxmayaraq ki, eynəklər hələ satışa buraxılmayıb, keçən ay MorgenrotSC3 modelinin prototipi Parisin Silmod’Or konvensiyasında İnnovasiya mükafatına layiq görüldü.