Xərçənglə mübarizədə iştirak edən 3D printer – microRNA Miroculus
Yer kürəsində xərçəng xəstəliyindən hər il təqribən 8 milyon insan dünyasını dəyişir. ÜST-ün məlumatlarına görə 2013-cu ildə bu rəqəm 80% arta bilər. Bu xəstəliyin əsas tələsi ondan ibarətdir ki, onun əlamətləri şişin götürülməsi mümkün olmayan anda büruzə verir. Indi isə təsəvvür edin: həkimlər sadə qan analizi edərək molekulyar səviyyədə xəstəliyin növünü müəyyənləşdirəcək, habelə xəstəliyin əlamətləri yaranana qədər onun ağırlıq dərəcəsini tapa biləcəklər.
Biotexnologiya şirkəti Miroculus molekulyar səviyyədə xəstəliyi müəyyənləşdirməyə və nəzarət etməyə imkan verən microRNA Miroculus cihazını 3D printerdə çap edib. Şirkət tibbi müəssisələr üçün diaqnoz qoyan və xəstəliyi müəlicə edə bilən dəqiq, istifadəsi asan, qeyri-invaziv və sərfəli cihaz hazırlayıb. O, xərçəng ilə əlaqədar sadə test verməyə şərait yaradır, hətta xərçəngin əlamətləri olmasa belə.
Alimlərin diqqət mərkəzində xırda mikroRNA molekulları oldu, onlar insan qanında sərbəst şəkildə dövr edirlər və gözlənilən təhlükə haqqında xəbər verə bilərlər. Patentləşdirilmiş biokimyəvi tərkibi istifadə edərək alimlər baha olmayan cihazı layihələşdirdilər və 3D printerdə çap etdilər və məlumatların analiz alqoritmlərini yazdılar, onlar yalnız insanın hansı növ xərçəngə yoluxduğunu deyil, vəziyyətin nə dərəcədə ağır olduğunu da xəbər verirlər.
Miroculus mütəxəssisləri xəstəliyi 3 mərhələdə təsbit edir və izləyir:
- Ilk öncə onlar xəstənin qan nümunəsindən RNA molekullarını çıxarır və standart 96-çuxurlu planşetə yerləşdirirlər.
Hər bir çuxur xüsusi mikroRNA-ləri müəyyənləşdirmək məqsədilə patentləşdirilmiş Miroculus biokimyəvi tərkiblə hazırlanıb. Bu tərkib tələ kimi çıxış edir, o, nümunədə microRNA olduqda bağlanır. Tələ işə düşdükdə çuxurda yaşıl işıq yanır.
- Sonra alimlər 96-çuxurlu planşeti hazırlayır və 3D printerdə çap olunmuş cihaza yükləyirlər.
Bütün çuxurlar dolduqda planşet cihaza göndərilir. Reaksiya təxminən 60 dəqiqə çəkir. Əgər nümunədə microRNA varsa çuxurlar parlamağa başlayırlar. Onların işıqlanma say və sürətini analiz edərək alimlər nümunədə məhz hansı microRNA-in olduğunu deyə bilərlər. Analizin nəticələri bulud serverə göndərilir.
- Bulud serverdə xəstənin nəticələrinin vizuallaşdırılması
Buludda məlumatların toplanması və emalı vəziyyəti təhlil etməyə, habelə digər kontekstual məlumatı əldə etməyə imkan verir. Miroculus məlumatlarının analiz platforması xəstəliyin zamanla inkişaf meyllərini vizuallaşdırmağa, xəstələri kateqoriyalara ayırmağa, real zamanda nəticələri izləməyə şərait yaradır.
1millilitr qan və alət dəsti kifayətdir ki, bu qorxulu xəstəliyi ilkin mərhələsində müəyyənləşdirəsən. Hazırda microRNA Miroculus cihazı istehsalının erkən mərhələsindədir, lakin nəticələr kifayət qədər perspektivli görünür. Koliforniya, Almaniya və Meksikada artıq ilk uğurlu testlər aparılıb.